Cəlil Məmmədquluzadənin

ev muzeyi

Ev muzeyi  Azərbaycanda  öz  xalqının ictimai fikrinin formalaşması   tarixində mühüm xidmətləri olmuş ,  görkəmli yazıçı ,  dramaturq , böyük demokrat ,  xalq müəllimi ,  ictimai xadim ,   publisist, Şərqdə ilk satirik jurnal – "Molla Nəsrəddin"- in yaradıcısı   və  bununla  Azərbaycanda mollanəsrəddinçilik ədəbi  məktəbinin  əsasını qoymuş C.Məmmədquluzadənin həyat və fəaliyyəti ilə tanış edir.

  Muzey - ədibin ömrünün son illərini (1922 – 1932) yaşayıb yaratdığı S.Tağızadə küçəsi 56 ünvanında ( tarixi ünvanı : Köhnə Poçt küç.64) yerləşən binanın üçüncü mərtəbəsində , 26 nömrəli mənzildə yerləşir. Ümumi sahəsi 185 kv.m. olan muzeyin  ekspozisiya sahəsi 96 kv.m  olan 5 otaqda yerləşir. Otaqlardan üçünün  ( ikinci, üçüncü  və beşinci) ekspozisiyası  tarixi -  memorial əhəmiyyətinə müvafiq olaraq tərtib edilmişdir.

C. Məmmədquluzadənin 125 illik yubiley ilində,  1994 – cü ilin  28 dekabr tarixində  ölkə prezidenti Heydər Əliyev muzeyin ekspozisiyasının açılışında iştirak etmiş , muzey əməkdaşlarına uğurlar və xoş arzularını bildirmişdir.

Struktur

 

Bizimlə Əlaqə

Telefon: (+99 412) 492-24-09

Email:celil@ev-muzeyi.az

Copyright -2017 "Bakı şəhər mədəniyyət və turizm baş idarəsi" Designed by A.Pashayev